Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Sohail Mahmood ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə D-8 arasında siyasi, iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər. Azərbaycanın D-8-ə qoşulduqdan sonra fəal iştirakı yüksək qiymətləndirilib.
Bu çərçivədə Azərbaycanda keçirilən “D-8 Həftəsi” təşəbbüsü, eləcə də Media və Nəqliyyat üzrə Mükəmməllik Mərkəzlərinin, həmçinin Enerji və İqlim Mərkəzinin yaradılması istiqamətində aparılan işlər vurğulanıb.
Görüşdə həmçinin regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub. Xüsusilə Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa əməl edilməsi və mülki əhalinin qorunması məsələlərinə diqqət yetirilib.
TREND
- Ədliyyə Nazirliyinin daha bir neçə notariat xidməti “mygov”a inteqrasiya edilib
- İSB tərəfindən “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 10 manat kapitallı “TEF Constructi̇on” xaricə 1,2 milyon dollar köçürdü
- İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə: Qitələri birləşdirən yarışdan şəhərin gizli gözəlliklərinə açılan qapı
- Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
- Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq – “Boz kardinal” nə deyəcək?
- Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi
- Heydər Əliyevin diplomatiyası: Milli maraqlardan qlobal mövqeyə


