Azərbaycanda kommunal xidmətlər üzrə vahid abonent bazasının ilkin mənbə kimi təkmilləşdirilməsi və digər sistemlərin bu məlumatlardan istifadəsinin təmin edilməsi istiqamətində tədbirlər görüləcək.
Abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 90 %-ə çatdırılması planlaşdırılır.
Bu məqsədlə “Azərişıq” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tədbirlər planı hazırlayacaq. Planın bu il mayın 15-nə qədər təqdim edilməsi nəzərdə tutulur.
Bundan əlavə, abonent məlumat bazasında ünvan reyestri məlumatlarının tətbiqi genişləndiriləcək və bu sahədə də mötəbərlilik səviyyəsinin 90 %-ə çatdırılması hədəflənir.
Məlumatların dəqiqləşdirilməsi məqsədilə nəzarətçilər yerində mobil qurğular (planşetlər) vasitəsilə FİN, VÖEN və ünvan məlumatlarının toplanılmasını həyata keçirəcək.
Bu tədbirlər kommunal xidmətlər üzrə formalaşdırılan məlumatların dürüstlük səviyyəsini müəyyən edir və məlumatların vahid qaydalar əsasında, rəsmi mənbələrlə uyğun şəkildə formalaşdırılması əsas meyar kimi götürülür.
report
TREND
- Azərbaycan Mərkəzi Asiyanın yaşıl enerjisini Avropaya daşıyacaq – Kamal Hacıyev
- İnformasiya sistemlərinə qarşı kibertəhlükə: mütəxəssislər xəbərdarlıq etdi
- Azərbaycan mediası Prezidentin çağırışlarına uyğun fəaliyyətini daha da gücləndirəcək
- Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər
- İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü
- Metronun “Dərnəgül” elektrik deposunda bu tikinti işləri aparılacaq
- Prezident onu vəzifəsindən azad etdi – SƏRƏNCAM
- Qeyri-neft-qaz ixracında yeni mərhələ: logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?


