Qarabağ qazisi, “Azərbaycan Bayrağı” ordenli, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi tərəfindən “Şərəf” medalına layiq görülmüş İbad Hüseynov qardaş Türkiyədən gəlmiş nümayəndə heyəti ilə birlikdə növbəti dəfə cəbhə bölgəsinə səfər edərək, burada yaşayan məcburi köçkünlər, şəhid ailələri və qazilərlə görüş keçirilib.
Ağdam rayonunun Ergi qəsəbəsində keçirilən görüşdə Azərbaycan-Türkiyə qardaşlığı bir daha nümayiş olunmuşdu. Tədbirdə çixış edən İbad Hüseynov ora toplaşanları qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik etmiş və işğal olunmuş torpaqlarımızın azadlığı uğunda keçmiş döyüşçülərin də mübarizə aparmasına hər an hazır olduğunu qeyd etmişdi. İbad Hüseynov çıxışını bu sözlərlə bitirmişdi: “Biz Qarabağ müharibəsi dövründə böyük sərkərdəmiz Heydər Əliyevin sarsılmaz iradəsindən, qətiyyətindən güc alaraq döyüşə atılırdıq. Bu gündə Ali Baş Komandanımız torpaqlarımızın azadlığı əmrini versə, həmin döyüş ruhu ilə yenidən savaşa hazırıq.”










