Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat vasitələrinin hərəkət etməsi inzibati məsuliyyət yaradır.
Bu barədə BAKU.NEWS-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
İctimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərə qarşı aidiyyəti qurum tərəfindən qanuna müvafiq tədbirlər həyata keçirilir.
AYNA sürücüləri avtobus zolaqlarının tələblərinə riayət etməyə çağırır.


