Gəncə şəhərində sayca beşinci KOB evi fəaliyyətə başlayıb. Yeni mərkəzdə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 80-dən çox xidmət təqdim olunur.
Burada 15 dövlət qurumu fəaliyyət göstərir və sahibkarlar biznes qeydiyyatı, vergi, gömrük, lisenziya, ixrac, reklam yerləşdirilməsi və digər xidmətlər üçün müraciət edə bilərlər. Qeyd edək ki, bu qurumlar sırasında Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) də yer alır və Gəncə KOB evində fəaliyyət göstərir.
KOB evində həmçinin bank, sığorta, konsaltinq kimi özəl xidmətlər də təqdim olunur. Ümumilikdə xidmətlər 33 pəncərə vasitəsilə həyata keçirilir.
“Gəncə KOB evi” Mərkəz Kəpəz rayonu, Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir və həftə içi saat 09:00–18:00 arası fəaliyyət göstərir.
TREND
- Azərbaycanın daşınmaz əmlak bazarına xarici investorların cəlbi müzakirə olunub
- “TikTok”a qarşı yeni iddia: İstifadəçilər üzərində gizli sınaqlar
- AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- Xəzərin dibi ilə Azərbaycan üçün yeni gəlir mənbəyi: Transxəzər Fiber-Optik Rabitə Xətti
- Azərbaycan Mərkəzi Asiyanın yaşıl enerjisini Avropaya daşıyacaq – Kamal Hacıyev
- İnformasiya sistemlərinə qarşı kibertəhlükə: mütəxəssislər xəbərdarlıq etdi
- Azərbaycan mediası Prezidentin çağırışlarına uyğun fəaliyyətini daha da gücləndirəcək


