Vahid məhkəmə təcrübəsinin formalaşması uğurlu məhkəmə islahatlarının bir parçasıdır. Əgər hər hansı bir hüquq mübahisəsi üzrə vahid bir məhkəmə təcrübəsi formalaşıbsa və bununla bağlı Ali Məhkəmənin mövqeyi ortadadırsa, məhkəmələr hazırkı dönəmdə həmin təcrübəyə əməl edirlər.
BAKU.NEWS xəbər verir ki, bunu vəkil Sima Yaqubova bildirib.
Onun sözlərinə görə, vahid məhkəmə təcrübəsinin formalaşması ədalətli, obyektiv məhkəmə araşdırması üçün bu çox vacib məsələdir. Artıq hüququn bir çox sahələri üzrə vahid məhkəmə təcrübəsi təşəkkül tapmalıdır. Belə olduqda heç kəsdə şübhə yaranmayacaq ki, analoji işdə filankəsin işində bu cür qərar qəbul edilib, digərində başqa cür. Çünki vahid yanaşma olacaq.
Ümumiyyətlə son dövrlər Ali Məhkəmənin bu istiqamətdə aktiv fəaliyyətini yüksək qiymətləndirirəm. Lakin hələ də çox sayda mübahisə növləri var ki, bununla bağlı vahid məhkəmə təcrübəsinin formalaşmasına ehtiyac var”.


