ABŞ-ın Çikaqo şəhərində silahlı şəxs tərəfindən hücum aktı törədilib.
BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs eyni gündə, fərqli bölgələrdə, təsadüfi şəxslərə atəş açıb.
Çikaqo polisinin yaydığı məlumatda adı Cason Niqtengale olan şəxsin, günün müxtəlif vaxtlarında aralarında qadın da daxil olmaqla 7 nəfərə atəş açdığı bildirilib. Onlardan 2 nəfərin yaralandığı, 5 nəfərin isə həyatını itirdiyi qeyd edilib.
Ölənlər arasında universitet tələbəsinin olduğu məlum olub.
Saxlanılan şəxs barəsində digər cinayət faktları da ortaya çıxıb.


