2026-cı ilin birinci rübündə bp və onun konsorsium üzrə tərəfdaşları “Azəri-Çıraq Günəşli” üzrə fəaliyyətlərə təqribən 134 milyon dollar əməliyyat məsrəfləri və 363 milyon dollar əsaslı məsrəflər xərclənib.
Bu barədə bp məluma yayıb.
Ötən ilin birinci rübündə əməliyyat məsrəfləri 115 milyon dollar, əsaslı məsrəflər isə 251 milyon dollar təşkil edirdi. Beləcə illik ifadədə əməliyyat xərcləri 16,5 faiz, əsaslı xərclər isə 44,6 faiz artmış olub.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı birinci rüb ərzində davam edib.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
AÇG-də iştirak payları: bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


