Avqustun 17-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
BAKU.NEWS xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 6/53 nömrəli binada yerləşən, ümumi sahəsi 140 kv.m. olan qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 280 min manat qiymət qoyulub.


