Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır-yol nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS xəbər verir ki, rayon sakini Gülşən Süleymanova şəhərin Heydər Əliyev prospektində yolu keçmək istəyərkən “Vaz-21 011” markalı minik avtomobili onu vurub. Ağır bədən xəsarətləri alan G.Süleymanova xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.


