Yerevanda kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib.
BAKU.NEWS erməni KİV-nə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 50-dən çox kriminal avtoritet saxlanılaraq müxtəlif polis şöbələrinə aparılıblar. Onların saxlanılma səbəbi açıqlanmır.
Qeyd edək ki, saxlanılanlar arasında “Pnduk”, “Kahin”, “Katsin”, “Kyartu”, “Tzbex”, “Duşeş”, “İkibir” ləqəbli kriminal avtoritetlər var.


