Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskvada keçirilən KTMT sammitinin iştirakçıları Ermənistanı təşkilatdakı səsvermə hüququndan məhrum etmək qərarına gəliblər.
Ermənistan KTMT-də yüksək vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan da məhrum olunub.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan edib və üzvlük haqlarının ödənilməsini dayandırıb. Eyni zamanda, təşkilatın nizamnaməsində üzvlüyün dondurulması proseduru nəzərdə tutulmur, buna görə rəsmi olaraq Ermənistan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla birlikdə KTMT-nin üzvü olaraq qalır.
APA


