Xəzər dənizində partlayış baş verib.
BAKU.NEWS-un məlumatına görə, partlayışdan sonra dənizdə güclü yanğın başlayıb.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov partlayışla bağlı münasibıt bildirib:
“SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”.


