Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.
“Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib”, – açıqlamada deyilir.
Xatırladaq ki, daha əvvəl mediada Orxan Ənvərlinin TƏBİB-in keçmiş sədri Vüqar Qurbanovun qohumu olması ilə bağlı məlumat yayılmışdı. TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri işləyən Orxan Qurbanovun sonradan soyadını dəyişərək Ənvərli etdiyi bildirilirdi.
O.Ənvərli həmçinin vəkil fəaliyyəti ilə də məşğul olubmuş və hazırda Vəkillər Kollegiyasının üzvüdür.
TREND
- Qeyri-neft-qaz ixracında yeni mərhələ: logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?
- BDU-da postmüharibə dövründə sosial işin təşkili müzakirə olunub
- “Karaca”nın Azərbaycandakı təmsilçisi CƏRİMƏLƏNDİ
- Azərbaycan və Türkmənistan prezidentləri görüşdü
- Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş – Rəsmi
- İqtisadçı alim Nazim Şükürov “Söhbətgah” podkastında – VİDEO
- Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir – BİRGƏ BƏYANAT
- Bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş


