Avqustun 19-da Azərbaycanda axtarışda olan 114 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Axtarışda olan şəxslərdən 92-si borclu şəxs qismində axtarılanlar olub. Bundan başqa, dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər zamanı 9 tüfəng aşkar olunaraq götürülüb.
TREND
- Bakı qazak kuresi üzrə XII Dünya Çempionatına ev sahibliyi edəcək
- 10 ilin hekayəsi: 20 min könüllü ilə Formula 1 Azərbaycan Qran-prisi
- Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək
- “Qala Sığorta”nın əsas sığorta biznesində kəskin eniş – mənfəəti 2 dəfə azaldı
- İmran Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş “Biblioqrafik göstərici” nəşr edilib
- Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
- Şəbnəm Əliyevaya “Paşa Sığorta”da vəzifə verildi
- Sabaha olan hava proqnozu açıqlanıb


