Azərbaycanda sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları onların dayanıqlılığına təhdid yaratmır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.
Sənədə əsasən, sığortaçıların sığorta haqları üzrə debitor borcları əvvəlki ilin sonuna nisbətdə 9 % (11,6 milyon manat) artaraq bu il iyulun 1-nə 140 milyon manat, o cümlədən həyat sığortası üzrə sığorta haqları üzrə debitor borclar 6,1 % (3,2 milyon manat) artaraq 48,5 milyon manat, qeyri-həyat sığortası üzrə isə 19,2 % (14,7 milyon manat) artaraq 91,6 milyon manat təşkil edib.
Sığorta sektorunun sığorta haqları üzrə debitor borclarının aktivdə payı 6,9 %-dir.
Sığorta sektoru üzrə debitor borcların sığorta haqlarına nisbəti 10,8 %, vaxtı keçmiş debitor borcların (VKH) sığorta haqlarına nisbəti isə 2,2 % olub. Bu göstəricilər həyat sığorta üzrə anoloji olaraq 5,4 % və 0,8 %, qeyri-həyat sığortası üzrə isə 22,8 % və 5,3 % olub.
TREND
- AMB: Median aylıq kirayə haqqı 1 000 manatdan aşağı düşüb
- Bakı Beynəlxalq Qadınlar Klubu mövsümünü açıq elan etdi
- Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb
- AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır
- Azərbaycan və Türkiyə arasında QR ödəniş sistemləri inteqrasiya edilə bilər
- Flynas-dan Ciddə və Mədinə istiqamətləri üzrə uçuşlarla bağlı rəsmi məlumat
- Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb
- Tofiq Cabarov və “Bakuba” Vyanada konsert verib


