Ölkəmiz böyük qürur hissi ilə Zəfər bayramına hazırlaşır. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və canlarını vətən yolunda fəda edən şəhidlərimiz və qazilərimiz oldu.
Üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir.
Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin növbəti ildönümünü – Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir.
Faktor.az saytının Baş Redaktoru
Aslan Abbaszadə


