Mənzil ləyaqət, imkan, təhlükəsizlik və həyat keyfiyyətilə bağlıdır. Bu, şəhərlərimizin indiki və gələcək nəsillər üçün inklüziv, dayanıqlı və davamlı qalmasını təmin etməkdən ibarətdir.
Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən SPECA Forumunda (SPECA – BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) çıxışı zamanı WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Ölkəmizin əlverişli coğrafi mövqeyindən bəhs edən Anar Quliyev bildirib ki, Şərqlə Qərbi birləşdirən böyük nəqliyyat dəhlizləri məhz Azərbaycandan keçir.
“Bu gün yaşayış və şəhər inkişafının gələcəyi ilə bağlı bu mühüm dialoqa ev sahibliyi etmək paytaxtımız üçün şərəfdir. Forum mənzil, mənzil inkişafı, təhlükəsiz və möhkəm şəhərlər və icmalar mövzusu ilə bağlı keçirilir ki, bu da bizə əlbəttə, mənzilin təkcə binalar və infrastrukturdan ibarət olmadığını xatırladır”, – deyə WUF13-ün milli koordinatoru əlavə edib.
Azərtac
TREND
- İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
- Sea Breeze ərazisində möhtəşəm CineMastercard kinoteatrı açılacaq – FOTOLAR
- Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
- Azərbaycan Zəfərdən sonra: Sülh, təhlükəsizlik və müstəqil xarici siyasət
- Fitch: “Italiana Petroli”nin alınması SOCAR-ın biznes diversifikasiyasını yaxşılaşdıracaq
- Yeni Azərbaycanı yeni uğurlara aparan siyasi qüvvə
- Azərbaycan oftalmologiyasının elmi potensialı Daşkənddə təqdim olunub
- Xalq artisti evdə yıxılıb xəsarət aldı


