Azərbaycanın Mərkəzi Bank və Dövlət Neft Fondunun aktivləri daxil olmaqla, suveren xarici aktivlərinin ümumi həcminin bu il təxminən 91 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
Bunu “Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın suveren xalis xarici aktivlərinin ÜDM-ə nisbəti təxminən 73% olacaq.
Morales bildirib ki, hazırda Azərbaycanın dövlət borcu ÜDM-in 20%-dən aşağıdır.
O qeyd edib ki, “BBB” reytinq kateqoriyasına daxil olan ölkələr üzrə dövlət borcunun median göstəricisi ÜDM-in 57%-ni təşkil edir.
“Azərbaycanın suveren xalis xarici aktiv mövqeyi digər müqayisə olunan ölkələrlə, o cümlədən eyni reytinq kateqoriyasındakı neft ixracatçıları ilə müqayisədə əhəmiyyətli dərəcədə güclüdür”, – Fitch rəsmisi vurğulayıb.
Morales əlavə edib ki, hazırkı yüksək neft qiymətləri Azərbaycanın xarici aktivlərinin artmaqda davam etməsinə şərait yaradır.
TREND
- Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? – Video
- Azərbaycanda ilk beynəlxalq yük hava limanı bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK
- AQEM-in iştirakçıları “ASAN xidmət”də
- İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu
- Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 milyard dollara çatacaq
- Banklara krediti olanların NƏZƏRİNƏ – Bu hallarda borclarınız SİLİNƏCƏK
- Bu sahibkarların işıq və qaz xərclərini dövlət QARŞILAYACAQ
- Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi – QƏRAR


