Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində “Neoplan” markalı və elektrikli avtobuslarla 179 000-ə yaxın sərnişin daşınıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərib.
Tədbirlə bağlı daşımalar başlayandan (12-22 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 10 220 səfər yerinə yetirilib. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.
Həmçinin nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş cəlb olunub.
TREND
- İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
- Sea Breeze ərazisində möhtəşəm CineMastercard kinoteatrı açılacaq – FOTOLAR
- Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
- Azərbaycan Zəfərdən sonra: Sülh, təhlükəsizlik və müstəqil xarici siyasət
- Fitch: “Italiana Petroli”nin alınması SOCAR-ın biznes diversifikasiyasını yaxşılaşdıracaq
- Yeni Azərbaycanı yeni uğurlara aparan siyasi qüvvə
- Azərbaycan oftalmologiyasının elmi potensialı Daşkənddə təqdim olunub
- Xalq artisti evdə yıxılıb xəsarət aldı


