FİFA-nın ödəmə xidmətləri üzrə eksklüziv partnyoru olan Visa (V: NYSE) NFT hərracını və Qətərdə keçiriləcək futbol üzrə 2022 FİFA Dünya Kubokunun™ azarkeşləri üçün immersiv fəaliyyəti özündə birləşdirən və öz sinfində ilk olan “Visa Masters of Movement” hibrid layihəsini təqdim etdi.
“Visa Masters of Movement” hərracında 5 əfsanəvi futbolçunun vurduğu və hazırda Crypto.com saytında mövcud olan unikal NFT-lərə çevrilmiş ikonik qollardan ilhamlanan rəqəmsal incəsənət təqdim olunur. Bu ay Dohada keçiriləcək FİFA Fan Fest™ çərçivəsində “Visa Masters of Movement” layihəsi interaktiv meydançada canlandırılacaq və azarkeşlərə sevimli futbol fəndlərindən ilhamlanaraq öz rəqəmsal incəsənət əsərlərini yaratmaq imkanı verəcəkdir. Azarkeşlər Qətərdə keçiriləcək futbol üzrə 2022 FİFA Dünya Kubokuna™ sponsorluq edən rəsmi kriptovalyuta treydinq platforması olan Crypto.com ilə birgə yaratdıqları rəqəmsal incəsənət əsasında öz NFT-lərini buraxa biləcəklər.
“Visa Movement Masters”, ikonik futbol matçlarının izlənilməsindən yaranan təəssüratın rəqəmsal incəsənət formasında unikal şəkildə yenidən yaradılmasıdır. Biz göstərmək istəyirik ki, Visa, ən yaxşı futbolçuların matçlarda meydançada hərəkət etdiyi kimi, pulun da bütün dünyada səlis və qüsursuz hərəkətini mümkün edir”, — Visa şirkətinin Fars körfəzi ölkələrindəki Baş vitse-prezidenti və regional meneceri Səidə Cəfər belə deyib. “Dünyanın Qətərdə keçiriləcək futbol üzrə 2022 FİFA Dünya Kubokunda™ yaxşı vaxt keçirmək üçün bir araya gəldiyi bir vaxtda, Visa şirkəti “Street Child United” xeyriyyə təşkilatına dəstək verməklə yerli sakinlərin həyatını yaxşılaşdırmaq üçün Crypto.com saytı ilə partnyorluqdan qürur duyur. İnanırıq ki, birlikdə biz istənilən məqsədə nail ola bilərik”.
Visa şirkətinin vitse-prezidenti və Mərkəzi Avropa, Yaxın Şərq və Afrika ölkələrində İnnovasiyalar və Dizayn şöbəsinin rəhbəri Akşay Çopra əlavə edib: “Bütün dünyada ödəmə texnologiyaları ətrafında müzakirələrin mərkəzində duran NFT-lər kreativ iqtisadiyyata, xüsusən də incəsənət və idmana yeni impuls verib. Dünyada ilk Visa NFT-sinin buraxıldığı region olaraq, biz “NFT Masters of Movement”in Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionu üzrə İnnovasiya Mərkəzimizdə istifadəyə verilməsindən şadıq və bu heyrətamiz təcrübəni hər yerdə və hər kəslə bölüşməkdən məmnunuq”.


