Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus həm COVID-19, həm də qripdən peyvənd olunmağı tövsiyə edib.
BAKU.NEWS “TASS” agentliyinə istinadla xəbər verir ki, Cenevrədə keçirilən brifinqdə çıxış edərək, o, dünyada COVID-19 səbəbi ilə xəstəxanaya yerləşdirmə hallarının sayının və ölüm hallarının nisbətinin artması, eləcə də Şimal yarımkürəsində “qrip mövsümü”nün yaxınlaşmasına diqqət yetirib.
Qrip, respirator sinsitial virus və COVID-19-un sinxron dövriyyəsi səhiyyə sistemlərində əhəmiyyətli pozuntulara səbəb ola bilər, – deyə ÜST rəhbəri bildirib. Yaranmış vəziyyətdə ÜST xüsusilə yüksək risk qruplarına həm qripdən, həm də COVID-19-dan peyvənd olunmağa, tövsiyə edib.
Baş direktor COVID-19 səbəbindən xəstəxanaya yerləşdirmə hallarının sayının və ölüm hallarının nisbətinin davam edən artımı fonunda, Şimal yarımkürəsində qrip mövsümünün yaxınlaşdığını xatırladıb. Hazırda qripə yoluxma hallarının sayı koronavirus pandemiyasından əvvəl müşahidə olunan səviyyəyə çatıb. COVID-19-un kəskin fazası zamanı qrip virusunun yayılması COVID-19 ilə mübarizə məqsədilə ölkələrdə görülən təhlükəsizlik tədbirləri nəticəsində azalıb.


