Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin və ədəbiyyatının dünyada tanıtdırılması sahəsindəki fəaliyyəti misilsizdir
Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın mədəni və siyasi mənzərəsinin formalaşmasına xüsusi önəm vermişdir. Dahi şəxsiyyət milli kimliyin və birliyin möhkəmləndirilməsi vasitəsi kimi milli irsin, o cümlədən ədəbiyyat və mədəniyyətinin qorunub saxlanmasının və təbliğinin vacibliyini xüsusi diqqətdə saxlayıb. O, hesab edirdi ki, ölkənin mədəni irsini qoruyub saxlamaqla bir billəti xalq kimi təsdiq etmək olar. Qeyd edək ki, Ulu Öndər Azərbaycan mədəniyyətinin təbliği üçün müxtəlif vasitələrdən, o cümlədən Azərbaycan ədəbi əsərlərinin tərcüməsinə və nəşrinə dəstək vermək, mədəni tədbirlər və festivallar təşkil etmək, milli adət-ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı qurumların yaradılmasından istifadə etmişdir. Məhz bu səylər ölkə vətəndaşlarında və onun hüdudlarından kənarda Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəni nailiyyətləri ilə fəxr və qürur hissini aşılamaq məqsədi daşıyırdı. Bu mənada Heydər Əliyevin yanaşması Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan dahi Füzuli kimi Azərbaycan ziyalılarının, incəsənət xadimlərinin, yazıçılarının xidmətlərini işıqlandırmaqdan ibarət idi. Bu gün hər bir kəs gözəl bilir ki, 16-cı əsrdə yaşamış Azərbaycan şairi və filosofu Füzuli azərbaycan fars və dillərində yazdığı əsərləri ilə tanınıb. Heydər Əliyev Füzuli yaradıcılığını Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə əlaqələndirməklə Azərbaycan irsinin zənginliyini, onun ölkənin intellektual və bədii ənənələrinin formalaşmasında oynadığı rolu nümayiş etdirməyi qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. Qeyd etdiyimiz amil Heydər Əliyevin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliği ilə xalqımızın milli kimliyini möhkəmləndirmək və beynəlxalq arenada yerləşdirmək üçün geniş strategiyasının tərkib hissəsi idi. Ümummilli Liderin bütövlükdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliğinə yanaşması xalqın yaradıcılığının və mədəni irsinin onun şəxsiyyətinin həyati tərkib hissəsi olduğuna və xalqı üçün ilham və birlik mənbəyi ola biləcəyinə əsaslanmışdır.
Cahangir Abdullayev;
Neftçala rayon ağsaqqalı


