Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
Redaksiya xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hal-hazırda, müvafiq axtarış tədbirləri həyata keçirilir.
Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür.
“Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.
Bir daha Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik”, – məlumatda vurğulanıb.
TREND
- İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
- COP31 çərçivəsində Antalyada dayanıqlı turizmin gələcəyi müzakirə olunub
- “ASAN xidmət” və IDEA “Bir arzu, bir fidan” layihəsini reallaşdırıb
- Laçında turizm obyektlərinin açıq məkandakı reklamları və qanunvericiliyin tələbləri müzakirə olunub
- “AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib
- AQC-nin mətbuat katibi qiymətləndirici kimi ikinci sertifikatını aldı
- Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb-VİDEO
- YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyinin inkişafında tarixi dönüş nöqtəsidir!


