Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə – Uels matçına 25 mindən çox bilet satılıb.
Bu barədə BAKU.NEWS-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bilet satışı hələ davam edir.
Qeyd edək ki, Türkiyə – Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq.


