Türkiyədə vətəndaşlara koronavirus infeksiyasına qarşı peyvənd tətbiqi sürətlə davam etdirilir.
BAKU.NEWS “Anadolu” agentliyinə xəbər verir ki, proses yanvarın 13-də başlasa da, artıq 1 milyondan çox səhiyyə işçisinə vaksin vurulub.
Vaksinasiyaya mərhələli şəkildə ölkənin bütün vətəndaşları cəlb ediləcək.


