Türkiyədə son sutka ərzində koronavirusdan 159 nəfər dünyasını dəyişib, 752-si simptomatik olmaqla 6 435 pasiyent “COVID-19” xəstəsi kimi qeydiyyata alınıb.
Bu barədə BAKU.NEWS Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Bununla da ölkədə “COVID-19″dan ölənlərin sayı 24 487-yə, bu virusa yoluxanların sayı isə 2 406 216-ya çatıb.
Ümumilikdə 27 milyondan çox test aparılıb.


