Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Bu barədə BAKU.NEWS “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qərara əsasən Azərbaycana gələcək türk hərbi heyəti Qarabağda qurulacaq Türkiyə-Rusiya müşahidə mərkəzində bir il müddətinə fəaliyyət göstərəcək. Bu müddəti artırmaq səlahiyyəti Türkiyə parlamentinə aiddir.


