Türk ordusu Suriyada daha 14 terrorçunu zərərsizləşdirib.
BAKU.NEWS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə 12, “Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə isə 2 terrorçu olmaqla, sızma və təxribat cəhdləri edən ümumilikdə 14 PKK terrorçusu zərərsizləşdirilib. Bu terrorçular PKK-nın Suriya qolu olan YPG qruplaşmasına mənsub olublar.


