Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
BAKU.NEWS xəbər verir ki, sərəncama əsasən, muzeyin üç əməkdaşına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Bunlar aşağıdakılardır:
Bəşirli Xatirə Bədrəddin qızı
Sadırxanov Ridvan Sultanoviç
Şamilova Kübra Əsədulla qızı


