Bakıda alt paltarında gəzən qadın saxlanılıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Unikal.org-a DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.
Onunla profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.
Qız əməlindən peşman olduğunu bildirib.
*Saat 17:04
Bakının Fəvvarələr Meydanında alt paltarında gəzən qadın görüntülənib.
BAKU.NEWS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bu hal ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb.
DİN-in şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.


