“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Görüşdə ASCO-nun ölkənin nəqliyyat-logistika sistemindəki rolu, tranzit potensialının gücləndirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat təqdim olunub. Xüsusilə Orta Dəhlizin inkişafında şirkətin iştirakı, yükdaşımaların dinamikası, donanmanın yenilənməsi və Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Bununla yanaşı, ASCO-nun rəqəmsal transformasiya strategiyası, süni intellekt və innovativ texnologiyaların tətbiqi, əməliyyat səmərəliliyinin artırılması və korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətindəki təşəbbüsləri müzakirə olunub. Şirkətin ekoloji məsuliyyət, enerji səmərəliliyi və dekarbonizasiya sahəsində fəaliyyəti, dənizdə və istehsalatda təhlükəsizliyin təmin edilməsi, eləcə də dənizçilik sahəsində ixtisaslı kadrların hazırlanması və insan kapitalının inkişafı barədə məlumat verilib.
İctimai Şura üzvləri dəniz nəqliyyatı sektorunun inkişaf perspektivləri, ASCO-nun fəaliyyət istiqamətləri və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran məsələlərə dair suallar ünvanlayıblar. ASCO nümayəndələri qaldırılan məsələlərə aydınlıq gətirib, sualları ətraflı cavablandırıb və səsləndirilən təkliflərə münasibət bildiriblər.
Görüşün sonunda açıq dialoq mühitinin və səsləndirilən fikirlərin dəniz nəqliyyatı sahəsinin inkişafına müsbət töhfə verə biləcəyi vurğulanıb, ictimai iştirakçılığın və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
TREND
- AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək – VİDEO
- AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
- Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
- “Azneft”in yarım milyarddan çox vergi borcu var
- Murad Fetiyev həbs edildi – DTX RƏSMİ MƏLUMAT YAYDI
- Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
- “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
- ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib


