Sumqayıtda 46 yaşlı kişi özünə bıçaqla xəsarət yetirərək intihar edib.
Hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.
1978-ci il təvəllüdlü Yaşar İbrahim oğlu Kərimov yaşadığı fərdi evdə bıçaqla özünə xəsarətlər yetirib. O, hadisə yerindəcə ölüb
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. (Report)


