Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilmişdir.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Fetiyev Murad Qərib oğlunun Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunmuşdur.
Müəyyən edilmişdir ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq xaricdə, eləcə də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb etmişdir.
Eyni zamanda, onların arasından radikal baxışları ilə xüsusilə fərqlənən şəxslərin seçilməsini, ölkə ərazisində mühüm strateji obyektlər barədə informasiya toplanılmasını, terrorçuluğa açıq çağırışlar edilməsini təşkil etmişdir.
Bir müddət əvvəl həmin cinayətkar qruplaşmanın bəzi üzvləri Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə dövlət müəssisəsinə basqın etməyə, insanların girov götürülməsinə hazırlıq hərəkətləri etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşlar.
Murad Fetiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar), 283-1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işi üzrə məhkəmə baxışı başlamışdır.
TREND
- AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək – VİDEO
- AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib
- Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
- “Azneft”in yarım milyarddan çox vergi borcu var
- Murad Fetiyev həbs edildi – DTX RƏSMİ MƏLUMAT YAYDI
- Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
- “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
- ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib


