Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan BAKU.NEWS-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından bir nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv xəstə sayı 1 202 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8709, ötən müddət ərzində isə ümumilikdə 3 821 726 test aparılıb.


