Biləsuvar rayonunda şəhidin abidəsindən dibçək oğurlayan şəxs saxlanılıb.
BAKU.NEWS xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyi oğurlanıb.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.


