Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.
BAKU.NEWS Redaksiya-ya istinadla xəbər verir ki, dövlətimizin başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir: “Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
TREND
- “ASAN xidmət”in “Bilim Azərbaycan” layihəsi Ağdam Şəhəri Günündə – FOTOLAR
- Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı
- Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
- Qəzadan sağ çıxdı, yenidən uçuşa qayıtdı – “Rəşadət” ordenli Aydanla səmada duyğulu görüş
- ASCO-da yeni dövrün prioritetləri müəyyənləşdirildi – Tapşırıqlar verildi
- Xaricdə İŞİD-ə qoşulan azərbaycanlılar tutuldu– Biri hərbi təlim keçib


