Hərbi qulluqçuların, prokurorluq əməkdaşlarının və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan geyim formalarını qanunsuz daşıyan şəxslər cərimələnə, geyimləri isə müsadirə edilə bilər.
Bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.
Belə ki, hərbi və xüsusi geyim formalarının qanunsuz daşınmasına görə 800 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulur. Bu halda inzibati xətanın predmeti olan geyim forması da müsadirə edilir.
Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər də bu qaydalara əməl etməlidirlər. Onların hərbi geyimi qanunla nəzərdə tutulmayan hallarda daşımalarına görə 500 manatdan 700 manatadək cərimə tətbiq edilə bilər.
TREND
- Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
- Uşaq hüquqlarının müdafiəsində qanunvericilik və institusional mexanizmlər gücləndirilir
- Heydər Əliyev ideyalarından tarixi Zəfərə – Yeni Azərbaycan Partiyasının dövlətçilik yolu
- “ASAN xidmət”in “Bilim Azərbaycan” layihəsi Ağdam Şəhəri Günündə – FOTOLAR
- Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı
- Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib


