Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinezin görüşü olub.
Nazirlikdən BAKU.NEWS-a verilən məlumata görə, S.Babayev ərazilərimizin Ermənistanın işğalından azad edildiyini diqqətə çatdırıb.
Nazir dağıdılmış həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını qeyd edib.
S.Babayev ikitərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini qeyd edib.
K.Martinez ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini vurğulayıb. Səfir sosial sahədə əməkdaşlıq üçün yaxşı perpsektivlərin olduğunu bildirib.



