Sabah – aprelin 10-u səhər saatlarından etibarən paytaxt üzrə iməclik və şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə BAKU.NEWS-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.


