Rusiyada son sutka ərzində koronavirusa 21 042 yeni yoluxma halı qeydə alınıb.
BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 514 599 nəfərə çatıb.
Rusiyada son bir gündə 669 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 135 214 nəfərdir. İndiyədək 5 000 393 nəfər sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.


