Rusiyanın İjevsk şəhərində orta məktəbdə silahlı şəxs 6 nəfəri öldürüb, daha sonra intihar edib.
BAKU.NEWS bildirir ki, APA-nın Rusiya bürosunun yerli mediaya istinadən verdiyi məlumata görə, ölənlərin dördü böyük, üçü isə uşaqdır.
Səkkiz şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.
Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov məktəblilərin təxliyyəsinin başa çatdığını söyləyib.


