Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov “ROX Capital Group” şirkətinin rəhbəri Nquyen Huonq Loan ilə görüşüb.
Görüş zamanı ölkənin maliyyə sektorunun cari vəziyyəti, sektorun dayanıqlılığının artırılması üzrə həyata keçirilmiş islahatlar, maliyyə sektoruna investisiya imkanları, eləcə də “ROX Group”un fəaliyyəti, bank sektorunun inkişafına dair yanaşmaları və təşəbbüsləri müzakirə edilib. Bununla yanaşı, bank sektorunda kreditləşmə, prudensial tələblər və bank qanunvericiliyi məsələləri diqqət mərkəzində olub.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən sahələr və gələcək əməkdaşlıq istiqamətləri üzrə mümkün növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.


