“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş direktoru Aynur Süleymanlı vəzifəsindən azad olunub.
Bununla bağlı bankın İdarə Heyətinin sədri Abbas İbrahimov müvafiq əmr imzalayıb.
Bununla da, “Azərbaycan Beynəlxalq Bankı”nın baş direktorlarının sayı 6-ya düşüb.
Qeyd edək ki, A. Süleymanlı ötən ay Özbəkistandakı “ABB Davr Bank”ının İdarə Heyəti sədrinin müavini təyin edilib. O, yeni vəzifəyə hımin bankın 51%-lik nəzarət paketini əldə etməsindən sonra gətirilib.
Onu da qeyd edək ki, Aynur Süleymanlı 2018-ci ilin fevralından ABB-nin baş direktoru vəzifəsində çalışıb və bankda insan resursları və inzibati məsələlər istiqamətinə cavabdeh olub.
Olke.az


