Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının (Azfina) nümayəndələri ilə görüşüb.
Görüş zamanı 2026-ci ilin üçüncü rübü üzrə maliyyə texnologiyaları və ödəniş sektorunda əldə olunan nəticələr, fintex ekosisteminin qarşılaşdığı əsas çağırışlar və gələcək inkişaf prioritetləri ətraflı müzakirə olunub. Bununla yanaşı, rəqəmsal maliyyə xidmətlərinin inkişafı, ödəniş ekosisteminin təkmilləşdirilməsi və innovativ həllərin tətbiqi ilə bağlı məsələlərə toxunulub.
Görüşdə həmçinin 2027-2030-cu illəri əhatə edəcək yeni strateji dövrün prioritetləri barədə məlumat verilib. Qeyd olunub ki, yeni dövrdə nəzarət proseslərinin rəqəmsallaşdırılması məqsədilə SupTech həllərinin tətbiqinin genişləndirilməsi, süni intellektə əsaslanan nəzarət mexanizmlərinin formalaşdırılması, eləcə də maliyyə sektorunda innovasiyaların təşviqi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.


