Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ev dustaqlığında qalmağa davam edəcək.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) R.Mehdiyevlə bağlı yenidən məhkəməyə müraciət edib.
Müstəntiq irihəcmli cinayət işi üzrə ibtidai istintaqın başa çatmadığını, əlavə sübutların toplanması üçün təqsirləndirilən şəxs barəsində eyni növ qətimkan tədbirinin uzadılmasını istəyib.
Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib. Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha 5 ay uzadılıb.
Qeyd edək ki, özünü “boz kardinal” kimi tanıdan Ramiz Mehdiyev 8 ay əvvəl cinayət məsuliyyətinə cəlb edilib. O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.
Qafqazinfo
TREND
- Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
- “CPM-İnvest”in sahibi investisiya şirkətindən nə qədər qazanır?- Rəqəmlər
- AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək
- Mərkəzi Bank şöbə rəisi axtarır
- YAP-da yeni dövr: siyasi davamlılıqdan müasir idarəetməyə
- Cəlal Qasımov: Əsas problem bilik çatışmazlığı deyil, biliyi nəticəyə çevirmək bacarığıdır
- “SOCAR Downstream” Konqoda neft emalı zavodunun modernləşdirilməsi layihəsinə cəlb olunub
- PAŞA Holding fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir


