“Qalatasaray”ın bugünkü məşqində xoşagəlməz hadisə yaşanıb.
BAKU.NEWS-un məlumatına görə, komandanın hücumçuları Kərəm Aktürkoğlu ilə Radamel Falkao toqquşub.
Dərhal xəstəxanaya aparılan kolumbiyalı forvardın üz sümüyündə sınıq aşkarlanıb. İstanbul təmsilçisi Falkaonun əməliyyat olunacağını açıqlayıb. Ulduz futbolçu ən azı 3 həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Qalatasaray”ın “Fatih Karagümrük”lə dünən heç-heçə etdiyi (1:1) görüşdə Falkao ehtiyatda qalıb, Aktürkoğlu son dəqiqələrdə meydana daxil olub.


