Rusiya xarici işlər naziri Sergey Lavrov müxalif bildirib ki, Navalnının həbsi ilə bağlı bəyanatlar Qərbin liberal inkişaf modelinin içində böhrandan diqqəti yayındırmaq məqsədi daşıyır.
BAKU.NEWS xəbər verir ki, bu barədə Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlama verib.
“Navalnının Rusiyaya qayıtması ilə bağlı dünənki xəbərlərdən necə yapışdıqlarını gördük. Təkrar şərhlərin necə bir sevinclə verildiyi hiss olunur. Sevinclə, çünki, göründüyü kimi, Qərb siyasətçiləri bununla diqqəti liberal inkişaf modelinin içində olduğu ən dərin böhrandan yayındıracaqlarını düşünürlər”,-deyə Lavrov qeyd edib.


