Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 661,2 milyon manat təşkil edib.
BAKU.NEWS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,9% azdır.
Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 8,1%, son 1 ildə isə 27,7% azalıb.
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,5% təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il iyunun sonuna isə 6% olub.


