Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən Ümummilli Lider “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanlar arasında millət vəkili Elnur Allahverdiyev də var.
BAKU.NEWS xəbər verir ki, yubiley medalı bu gün Elnur Allahverdiyevə təqdim edilib.
“Bu gün Milli Məclisin sədri Sahibə xanım Qafarova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edildiyim “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və vəsiqəsini mənə təqdim etdi. Dövlət başçısının fəaliyyətimi yüksək qiymətləndirərək məni bu medalla təltif etməsi Azərbaycan vətəndaşı və millət vəkili olaraq məndə hədsiz dərəcədə qürur hissləri yaraıdır. Numayiş etdirilən bu diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandanımız, Milli Məclisdə təmsil etdiyim Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”, deyə millət vəkili Elnur Allahverdiyev qeyd edib.


